Hər gün etiraz aksiyası keçirən sakin yeddinci dəfə saxlanıldı

09:36 29.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qəzzada girovların adlarını İsrail parlamentinin (Knesset) üzvlərinin evləri qarşısında ucadan səsləndirənlərin etirazları davam edir.

Hafta.az-ın “Haaretz”ə istinadən yazdığına görə, bir çoxları hələ də baş nazir Benyamin Netanyahunu atəşkəs üçün məsuliyyət daşıyır, eyni zamanda İsrail baş nazirinin hakimiyyəti itirməmək üçün müharibəni uzatdığına dair fərziyyələr səslənir. Bu etirazların tanınmış simalarından olan İtzik Levi Knesset sədri Əmir Ohananın evinin qarşısında meqafonla girovların adlarını oxuduqdan sonra yeddinci dəfə saxlanılıb.

Bölgədən çəkilmiş görüntüləri nəzərdən keçirən “Haaretz” xəbər verir ki, 7 polis əməkdaşı Levinin avtomobilini mühasirəyə alıb və qısa sürən mübahisədən sonra maşının qapılarını açıb və onu saxlayıb.

Levi yanvar ayından hər gün Ohananın evinin qarşısında etiraz aksiyası keçirməyə çalışır.

Təl-Əviv Regional Polisi bir məmurun evinin qarşısında meqafondan yararlanaraq etiraz aksiyaları üçün xüsusi məsafə təyin edib.

Levinin 300 metrlik sərhədi pozduğuna görə saxlanıldığı bildirilir.

Əvvəlki həftələrdə bu hərəkəti hər gün etdiyi üçün məhkəmə qarşısına çıxan Levi indi avtomobilinin içindən girovların adlarını oxuyur. O, iddia edir ki, polis həbs qərarı olmadan onu avtomobilindən çıxara bilməz.

Mart ayında Netanyahunun Likud Partiyasından olan Əmir Ohananın həyat yoldaşı Alon Hadad eyvanına çıxaraq etirazçılara etiraz etmişdi.

Martda Netanyahunun Likud Partiyasından olan Əmir Ohananın həyat yoldaşı Alon Hadad eyvanına çıxaraq aksiyaçılara etiraz etmişdi.

2025-ci ilin əvvəlindən bu yana bənzər etirazlarda ən azı 61 nəfər saxlanılıb. Bu rəqəmə baş nazir Benyamin Netanyahunun Qüdsdəki evinin qarşısında etiraz edənlər daxil deyil.

Həmas-ın rəhbərlik etdiyi fələstinli qrupların İsraildə 1200-ə yaxın adamı öldürməsi ilə 2023-cü il oktyabrın 7-də başlayan Qəzza müharibəsində həlak olan fələstinlilərin sayı 66 mini keçib. İsrail Qəzzada qalan 48 girovdan 20-nin sağ olduğunu təxmin edir.